Turistlər bölgələrimizdən niyə uzaq qaçırlar? - SƏBƏBLƏR

 Turistlər bölgələrimizdən niyə uzaq qaçırlar? - SƏBƏBLƏR

Son 7 ayda Azərbaycana 183 ölkədən turist gəlib. 

Dövlət Statistika Komitəsinin məlumatına əsasən bu ilin yanvar – iyul aylarında ölkəni 1 milyon 143,6 min turist ziyarət edib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çoxdur. 

Lakin turist sıxlığı əsasən paytaxtda müşahidə olunur. Bölgələrdə əcnəbi turistlərə az rast gəlinir.


Turizm eksperti Əziz Şiriyev deyib ki, buna səbəb olan bir sıra amillər var:

“Turistlərin əksəriyyəti əsasən Bakını ziyarət edir, regionlar arasındasa daha çox Quba və Qəbələyə üz tuturlar. Bu bölgələr infrastruktur baxımından daha çox inkişaf edib, otel, restoran, iaşə obyektləri mövcuddur. Hazırda şimal-qərb marşrutu üzrə İsmayıllı - Qəbələ istiqamətində yolların təmiri işləri gedir, gediş-gəlişdə səngimə var”.

 

Ekspert qeyd edib ki, turistlər ölkənin bir çox görməli yeri barədə məlumatsızdırlar. Texniki problemlər də mövcuddur:

“Ölkəmizdə kəşf olunmamış yerlər var. Çoxları bu yerlər haqqında bilmir. Turistlərə bu barədə məlumat vermək lazımdır.  

Ən böyük problemlərdən biri də kartla ödəmə vasitələrinin olmamasıdır. Əksər turist onlayn ödənişə üstünlük verir, üstündə nağd pul saxlamır. Otellərdə və digər iaşə obyektlərində bu məsələdə çətinliklə qarşılaşırlar. Bölgələrdə əksər yerlərdə kartla ödəniş həyata keçirilmir. Bu da onlarda bölgələrə marağı azaldır. Çünki paytaxtda demək olar ki, hər yerdə onlayn ödəniş sistemindən istifadə edə bilirlər”.

Demokrat.az

12:49 - 26 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin