Nərimanov RİH başçısının ərazi üzrə nümayəndəliyinin işi ilə bağlı qərar çıxarıldı
Bakı Kommersiya Məhkəməsində “Azsığorta” ASC-nin Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin iddiası yoxlanılıb.
Asayis.Az xəbər verir ki, bu barədə Pravda.az-a məsələni araşdıran hakim Ülkər Həsənova məlumat verib.
Hakimin sözlərinə görə, iddia ərizəsi yoxlanıldıqdan sonra məlum olub ki, məhkəmə aidiyyəti üzrə işə Bakı Kommersiya Məhkəməsində deyil, rayon-şəhər məhkəməsində baxılmalıdır.
Buna görə də sığorta şirkətinin iddia ərizəsi geri qaytarılıb.
Xatırlatma: “Azsığorta” ASC Nərimanov RİH başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyini məhkəməyə verib. Sığorta şirkəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb. İş 23 avqust 2023-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdu.
Zəruri qeyd: RİH başçısının nümayəndəsi Mirzə Mirzəyev avqustun 23-də “Pravda.az”la əlaqə saxlayaraq bildirmişdi ki, belə bir məhkəmə işi yoxdur. M.Mirzəyevin təkzib etməsinə baxmayaraq, fakt ortadadır. Prosesi diqqətdə saxlayacağıq.