Münasibətdə olduğu kişiyə yarım milyon pul atan qadına bəraət verildi

 Münasibətdə olduğu kişiyə yarım milyon pul atan qadına bəraət verildi

Bakıda münasibətdə olan kişiyə qarşı yarım milyon manata yaxın dələduzluq etməkdə təqsirləndirilən Sevinc Bədəlovanın apellyasiya şikayətinə baxılıb. 

Asayis.Az-ın məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda qərar elan edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. 

Sevinc Bədəlovanın barəsində bəraət hökmü çıxarılıb. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevinc Bədəlova 6 il 6 ay azadlıqdan məhrum edilmişdi. 

İttihama görə, iş üzrə Adəm Mirzəyev zərərçəkmiş qismində iştirak edirdi.
İstintaq sənədlərinə görə, qadın Adəm Mirzəyevin yaşadığı binanın yaxınlığındakı gözəllik salonunda çalışıb. 

Burada tanış olan hər iki tərəfin münasibətləri sonradan 3-4 il sevgililər kimi davam edib.

İttihama əsasən, S.Bədəlova A.Mirzəyevə deyib ki, Latviyanın paytaxtı Riqada yaşayan qardaşı vəfat edib və ondan külli miqdarda əmlak qalıb. 

Qadın bildirib ki, o əmlakları adına keçirərək biznes qurmaq olar. Bu məqsədlə də o, 2016-2019-cu illər ərzində A. Mirzəyevdən 434 min manat pul alıb.

Aldadıldığını görən Adəm Mirzəyev bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

Sevinc Bədəlova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.

Demokrat.az

12:36 - 24 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin