Bakının Sabunçu rayonunda 1987-ci il təvəllüdlü Fikrət qısqanclıq zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Validəyə (adlar şərtin verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin iyunun 7-də baş verib.
Fikrət yaşadığı evin qonaq otağında həyat yoldaşı Validə ilə qısqanclıq zəminində mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı əli ilə Validənin sifət, baş və bədənin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Fikrətin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Sabunçu rayon Məhkəməsinin hökmü ilə Fikrət 1000 manat məbləğində cərimə olunub.
Demokrat.az