Bədənində şiş aşkarlanan xalq artisti əməliyyat OLUNDU

 Bədənində şiş aşkarlanan xalq artisti əməliyyat OLUNDU

Xalq artisti, tanınmış aktyor Yasin Qarayev əməliyyat olunub.

Asayis.Az xəbər verir ki, aktyor səhhəti barədə Yenicag.az-a açıqlama verib:

"Cərrahiyyə əməliyyatı olundum. Nədən, necə - bu barədə ətraflı danışmaq istəmirəm. Əsas odur, əməliyyat uğurla keçdi, çox şükür. Analizlərin cavabının necə olacağı ilə bağlı narahatlıq var idi. Çox şükür, nəticə xoşxassəli oldu. Göydə Allah, yerdə həkimim sayəsində yaxşı qurtardım".

14:40 - 23 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin