“İsmayıl Cəlilovun cinsi azlığın nümayəndəsi olduğunu bilsəydim ...” - Rasim Balayev

 “İsmayıl Cəlilovun cinsi azlığın nümayəndəsi olduğunu bilsəydim ...” - Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev cinsi azlığın nümayəndəsi kimi tanınan ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilova müsahibə verdiyi üçün tənqid olunmasına münasibət bildirib.

Asayis.Az xəbər verir ki, R.Balayev açıqlamasında onun İsmayıl Cəlilovun cinsi azlığın nümayəndəsi olduğunu bildiyi halda müsahibə verdiyini deyənlərə belə cavab verib:  “Qələt edirlər. İsmayıl Cəlilovun cinsi azlığın nümayəndəsi olduğunu bilsəydim, əlbəttə, ona müsahibə verməzdim. Mən elə adamlarla danışmazdım. Ümumiyyətlə, bu, bədbəxtlikdir. Nə bilim, vallah. Onlar mənim nəyimə lazımdır?” 

Xatırlatma: ANS ÇM radiosunun əməkdaşı olmuş İ.Cəlilov  Amerikaya mühacirət edib. O hətta cinsi azlığın nümayəndəsi kimi homoseksual tərəfdaşı ilə evlənib. İ.Cəlilovun  müsahibədə Rasim Balayevə “mən də cinsi azlığam, amma özümü müsəlman sayıram, siz də məni müsəlman sayırsınızmı?” sualına R.Balayev “əgər siz geysinizsə, yox” deyib. O, İ.Cəlilovun “məni öz vətəndaşınız kimi görürsünüzmü?” sualına isə “eşitdim və təəccüb qaldım” cavabını verib.

Pravda.az

10:11 - 23 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin