Fulya Öztürk "Xəzər TV" də çalışacaq? - Lalə Azərtaş paylaşdı

 Fulya Öztürk
Tanınmış Türkiyəli jurnalist Fulya Öztürk Bakıdadır.

Asayis.Az bildirir ki, bu barədə aparıcı Lalə Azərtaş məlumat verib. O qeyd edib ki, Xəzər telekanalının rəhbəri Murad Dadaşov, Fulya Öztürk və Lalə Azərtaş arasında görüş olub:

"Türkiyəli həmkarlarımızla çox məhsuldar görüş keçirdik. Danışdığımız önəmli layihələrdən yaxın günlərdə hamı danışacaq. Bizə uğur olsun".

Lalə Azərtaşla rəfiqə olan Fulya Öztürk Bakıda olduğu müddətdə tez-tez onunla birgə paylaşımlar edib və onu çox sevdiyini bildirib.
 

 

13:29 - 22 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin