Nemət Pənahlının saxlanılma səbəbi məlum oldu - Rəsmi açıqlama (VİDEO)

 Nemət Pənahlının saxlanılma səbəbi məlum oldu - Rəsmi açıqlama (VİDEO)
01.01.2000-ci il təvəllüdlü Pənahlı Əhəd Nemət oğluna məxsus “Toyota Land Cruiser” markalı, 90 KM 590 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1100 manat məbləğində ödənilməmiş cərimə var. 

Asayis.Az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.

O bildirib ki, həmin cərimələrə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq Nəsimi Rayon Məhkəməsində avtomobilin müvəqqəti duracağa təmin olunması üçün, yəni nəqliyyat vasitəsinin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul edilib:

“Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd olunan vəziyyəti izah edib, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb”.

Araz Əsgərli, həmçinin qeyd edib ki, avtomobillər üzərində ödənilməmiş cərimələrə görə, nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin olunması İXM-nin 96-cı maddəsinə uyğun olaraq həyata keçirilir və hər bir avtomobil sahibindən nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət edilməsi xahiş olunur. 
 

 

12:09 - 22 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin