Abşeronun Masazır qəsəbəsində yıxılaraq öldüyü bildirilən 44 yaşlı kişinin qətlə yetirildiyi məlum olub.
Asayis.Az xəbər verir ki, bu barədə Baş prokurorluq və DİN birgə məlumat yayıb.
İlk olaraq Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla 39 yaşlı Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə Stanislav Yakuşev şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.