Taksilərdə taksometr quraşdırılacaq - Gedişhaqqı artacaq?

 Taksilərdə taksometr quraşdırılacaq - Gedişhaqqı artacaq?

Ölkədə taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırılacaq. 

Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı haqqında” Qanuna edilən dəyişikliklərə əsasən minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır. 

Asayis.Az xəbər verir ki, nəqliyyat eksperti Aslan Əsədov açıqlamasında bu yeniliyin müştərilərin xeyrinə olacağını deyib:



“Ölkədə taksi fəaliyyətində yeniliklər etməkdə gecikmişik. Qonşu ölkələrdə bu proses artıq yekunlaşıb. Tətbiq olunan son yeniliklər sürücü – sərnişin arasında təhlükəsiz əlaqəni təmin edəcək, ödənişə görə tərəflər arasında mübahisələr yaranmayacaq. Taksilərdə taksometr quraşdırılması müştəri məmnuniyyətini artıracaq”.

Ekspert gedişhaqqının bahalaşacağını düşünmür:

“Gedişhaqqının artmasına səbəb görmürəm. Artacaqsa da bu, süni bahalaşma olacaq. Taksometr gedişhaqqında elə də böyük fərq yaratmır. Necə ki, ictimai nəqliyyatda kart sisteminə keçid edildi, artıq sərnişin məbləği sürücüyə yox, aparat vasitəsilə ödəyir. Taksometr bir dəfə alınır və ona proqram təminatı yüklənir. Bu, qiyməti artırmağa əsas deyil”.

13:07 - 19 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin