Asayis.Az xəbər verir ki, hadisə barədə həyat yoldaşı Qaraş İbrahimov tərəfindən qətlə yetirilən Günel İbrahimovanın yaxınları Baku TV-yə danışıblar.
“Üzümüzə gülüb bacıma 2 bıçaq zərbəsi vurdu. 3-cünü vurmaq istəyəndə qoymadım”, – deyə mərhumun bacısı qeyd edib.
Günel İbrahimovanın anasının sözlərinə görə, qızı həyat yoldaşından boşanmaq istədiyini, lakin Qaraşın onu öldürməklə təhdid etdiyini deyirdi:
“Dəfələrlə çıxıb yanımıza gəlirdi, mən də yuvası dağılmasın deyə evinə göndərirdim”.