Yenə "Azəriqaz", yenə qaz kəsilməsi - Qurum hər həftə qazı dayandırır

 Yenə

Avqustun 18-də Ağsu və Kürdəmir rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Asayis.Az 
xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, "Ağsu" ölçü qovşağından qidalanan qaz kəməri üzərində yeni kollektorun quraşdırılması ilə bağlı avqustun 18-də saat 09:00-dan qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

17:19 - 18 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin