"Bir aydınlıq gətirim bəzi dərrakəsiz, qanacaqsızlara. Məşhurlara, ələxsus da müğənnilərə qarşı aqresiyanın kökü paxıllıq və qorxudur. Evdə ərinə, işdə müdirinə, hakimiyyətə deyə bilmədiyini məşhurlara deyir. Arzu edib, əldə etmədiyini məşhurlarda görəndə "elə bil onun arzusunu biz əlindən almışıq kimi" zənn edir".
Asayis.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Sənətçi tanınmış simalara tənqid yazan sosial şəbəkə istifadəçilərinə cavab verib:
"Müğənni sənə nə pislik edib, ay zavallı? Müğənni bir mahnını almaq üçün nə qədər pul ödəyir, aranjiman etdirir, klip çəkdirir, geyinib-keçinir. Hansı biriniz gəlib qapısını döyüb mahnılarını sevdiyiniz bir müğənniyə maddi dəstək olmusuz ki, indi də "sizi xalq bu səviyyəyə gətirib" deyirsiniz?
Müğənni millət vəkilidir? Səs verib seçmisiniz? Bu qədər şadlıq sarayları, restoranlar və sair müğənnilərindir? Hansısa məmur sizin haqqınızı yeyir susursunuz, amma məşhurlar - hansı ki, öz əziyyəti, zəhməti ilə sizin şənliklərdə sizə xoş əhval-ruhiyyə bəxş edir, söyüb batırırsınız. Kimə maddi köməklik lazım olur müğənnilər, blogerlər yardım edir ilk növbədə (bütün sosial verlişlərdə baxın). Hələ görmədim ki, o verilişlərin birində (göz önündədir deyə misal çəkirəm, görünməyən yardımları demirəm heç) hansısa məmur kiməsə yardım etsin. Tək-tük iş adamları və məşhurlar. Çox bədbəxt görünürsünüz belə düşüncəsiz olduğunuz üçün".