Bakının bu ərazisində donuzların içalatı arxa axıdılır - VİDEO

 Bakının bu ərazisində donuzların içalatı arxa axıdılır - VİDEO
Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan sakinlər ərazidə olan üfunət qoxusundan və anti-sanitar şəraitdən şikayət ediblər.

Asayis.Az xəbər verir ki, bu barədə Xəzər TV-yə danışan sakinlər donuz fermasının yaşayışı iflic etdiyini bildiriblər.

Belə ki, fermada kəsilən donuzların içalatı arxa axıdılır. Buda həmin ərazidə anti-sanitar vəziyyyət və pis qoxu yaradır.

2 ildir bu problemdən əziyyət çəkən sakinlər rəsmi qurumlara da müraciət ediblər.
Məsələ ilə bağlı Ramana bələdiyyəsindən bildirilib ki, problemin tez zamanda həll edilməsi üçün altertnativ addımlar atılacaq.

Ətraflı videoda:
 

 

Baku.ws

11:18 - 18 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin