Ukraynada qətlə yetirilən azərbaycanlıların nəşləri Vətənə gətirildi

 Ukraynada qətlə yetirilən azərbaycanlıların nəşləri Vətənə gətirildi

Ukraynanın Xerson vilayətində rus tankı ilə qətlə yetirilən həmyerlilərimiz Əzizov Orxan Mahir oğlu və Qədirov Ramiz Abuzər oğlunun nəşləri vətənə gətirilib.

Asayis.Az xəbər verir ki, onların meyitləri bu gün səhər saat 05:00 radələrində Zərdab rayonunun Məmmədqasımlı kəndinə gətirilib.

Kənd məscidində cənazə namazı qılındıqdan sonra onların nəşləri Məmmədqasımlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, qətl edilənlərin hər ikisi ailəli idi və azyaşlı övladları var.

Ailə üzvlərindən "Report"un yerli bürosuna bildiriblər ki, Ramiz və Orxan təqribən 5 ay əvvəl Ukraynaya işləmək məqsədilə gediblərmiş.

Xatırladaq ki, avqustun 13-də gecə saatlarında Rusiya ordusuna məxsus tank azərbaycanlıların idarə etdiyi meyvə-tərəvəzlə dolu avtomobilin üzərindən keçib. Hadisə zamanı hər iki şəxs həlak olub.




 

"Report"

16:33 - 17 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin