Kəmaləddin Heydərova bağlı şirkət gömrük qaydalarını pozub?

 Kəmaləddin Heydərova bağlı şirkət gömrük qaydalarını pozub?

Azərbaycanın ən iri şirkətlərindən olan "Gilan Holding”ə daxil olan "Gilan & Knauf” MMC gömrük qaydalarını pozmaqda ittiham olunur. 

Asayis.Az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub. 

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib və hakim Solmaz Mustafayevanın icraatına verilib. 

485.2-ci maddəyə əsasən, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

"Gilan & Knauf” MMC-nin əsası 2006-cı ildə qoyulub. Şirkət  "Gilan Holding” və "Knauf Gips AG” tərəfdaşlığı nəticəsində yaradılıb. "Gilan Holding” fövqəladə hallar naziri Kəmaləddin Heydərova bağlı şirkət kimi tanınır.

Qaynarinfo

16:22 - 17 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin