"Azəriqaz" İB yenə qazı kəsir - Bu yerlərdə qaz olmayacaq

Avqustun 17-si saat 08:00-dan, "Müşfiqabad” QPS-də aparılacaq təmir işləri və yeni çəkilmiş qaz xəttinin sənaye kollektoruna qoşulması ilə əlaqədar saat 10:00-dan, həmçinin "Müşfiqabad” və "Çaylı-Qobustan” orta təzyiqli qaz kəmərlərində kipliyə sınaq olunması məqsədilə saat 10:30-dan işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Asayis.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-dən məlumat verilib.

Qaz təchizatı dayandırılan müddətdə Balakən rayonunun bir hissəsinin, paytaxtın Abşeron rayonunun Hökməli, Atyalı, Qobu, Daş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonunun isə 28 May qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

14:39 - 17 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin