"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Volt Azərbaycan” MMCnin fəaliyyətini dayandırması barədə verdiyi qərar doğru deyil".
Asayis.Az xəbər verir ki, bunu açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
O qeyd edib ki, Agentlik şirkətlə birgə nöqsanları aradan qaldırmağa çalışmalıdır:
"Kuryer şirkətini bağlamaq vəziyyətdən çıxış yolu deyil. ”Volt”un bağlanması bazara monopolist şirkətin daxil olmasına şərait yaradacaq. Bu, nəzərə alınmalıdır. Qeyd edim ki, kuryer şirkətlərindən AİB-ə də şikayətlər olunur. Ən çox şikayətlər sifariş verilən yeməyin yolda yeyilməsi ilə bağlıdır. Amma hələ ki, yeməyin keyfiyyəti barədə şikayət edilməyib”.
bakupost