Jurnalist Ceyhun Əsgərov ASCO-nu məhkəməyə verib? - RƏSMİ AÇIQLAMA

 Jurnalist Ceyhun Əsgərov ASCO-nu məhkəməyə verib? - RƏSMİ AÇIQLAMA

Bəzi Kütləvi İnformasiya Vasitələrində Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini (ASCO) məhkəməyə verməsi barədə məlumat yayılıb.

Asayis.Az
 Demokrat.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı ASCO-nun İctimaiyyətlə əlaqələr departamentindən açıqlama verilib:

"Bununla əlaqədar bildiririk ki, sözügedən məlumat əsassızdır və həqiqəti əks etdirmir".  Qeyd edək ki, adı hallanan jurnalist C.Əsgərov bir neçə dəfə qalmaqallı hadisələrlə gündəmə gəlib. Belə ki, o bir müddət əvvəl həddən çox içki qəbul etdiyindən səhhətində problemlər yaranmış, sağlamlığı üçün təhlükə yaranmışdı. O isə buna görə TƏBİB-i ittiham edərək, onunla maraqlanmadıqları barədə narazılıq etmişdi. Bundan sonra isə onun müaliəcəsinə həssaslıq göstərilmişdi. 

 

16:09 - 16 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin