Rus tankı Xersonda azərbaycanlıların maşınına niyə atəş açıb?

 Rus tankı Xersonda azərbaycanlıların maşınına niyə atəş açıb?

Ukraynanın Rusiya ordusunun nəzarətində olan Xerson vilayəti ərazisində rus tankı oradan keçən, içərisində Azərbaycan vətəndaşları Orxan Əzizli və Ramiz Qədirlinin də olduğu yük maşınına atəş açıb. Onlar hadisə yerində ölüblər.

Asayis.Az bildirir ki, bunu Haqqın.az-a Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri, Ukrayna Xalqları Assambleyasının sədri Rövşən Tağıyev deyib.

Ölən azərbaycanlılar Azərbaycanın Zərdab rayonunun Məmmədqasımlı kəndinin sakinləridir.

Ukraynanın rəsmi strukturları hələlik insidentlə bağlı açıqlama verməyib.

İşğal altında olan tərəfdəki mənbələrdən məlum olub ki, 1992 və 1995-ci il təvəllüdlü ölənlər Ukraynada kənd təsərrüfatı ticarəti ilə məşğul olublar, Xerson vilayəti Rusiya Silahlı Qüvvələri tərəfindən ələ keçirildikdən sonra onlar işğal olunmuş əraziləri tərk etməyib və işləməkdə davam ediblər.

Hadisə baş verən gün onlar işğal altındakı Aleşki şəhərindən Krıma tərəvəz aparırmışlar. Gecə komendant saatı zamanı tank yük maşınına atəş açıb. “Biz dəfələrlə məlumat almışıq ki, Rusiya hərbçiləri işğal olunmuş zonanın yollarında pul tələb edir, yük maşını sürücülərindən rüşvət, haqq alırlar. Görünür, ruslar soydaşlarımızla razılaşmayıb və bu dəhşətli cinayət baş verib”, – deyə Tağıyev bildirib.

Azpost.info

14:57 - 16 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin