“Nikosayağı”nın atası oğlunun vəziyyətini AÇIQLADI

 “Nikosayağı”nın atası oğlunun vəziyyətini AÇIQLADI

“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi qorxunc yol-nəqliyyat hadisəsi ilə bağlı atası məlumat verib.

Asayis.Az 
xəbər verir ki, bloqerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov Oxu.az-a açıqlamasında oğlunun hazırda reanimasiyada olduğunu bildirib:

“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanıb.

16:10 - 15 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin