Tovuzda xəstəxanada 4 günlük körpə ölüb.
Asayis.Az xəbər verir ki, Ağstafa rayon sakini, 2000-ci il təvəllüdlü Pərvanə Qasımova avqustun 9-da Tovuz Rayon Mərkəzi Xəstəxanasında təbii üsulla uşaq dünyaya gətirib.
Lakin yeni doğulmuş körpə avqustun 13-də həmin xəstəxanada dünyasını dəyişib.
Onun yaxınları iddia edir ki, körpə həkim səhlənkarlığı nəticəsində ölüb.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.//Report