MDB-nin baş katibi Sergey Lebedev MDB ölkələrinin II Oyunlarını qapalı elan edib.
"İstənilən sanksiya maneələrinə baxmayaraq, on gün ərzində Belarusda idman, sülh və dostluq hökm sürdü. MDB ölkələrinin ikinci Oyunlarında iştirak etmək üçün Belarusa təkcə Birlikdən olan dostlarımız deyil, 13 uzaq xarici ölkədən idmançılar gəliblər", - deyə o, bildirib.
Müstəqil Dövlətlər Birliyinin bayrağı 2025-ci ildə Azərbaycanda keçiriləcək Oyunların təşkilat komitəsinə təntənəli şəkildə təhvil verilib. Oyunların rəsmi bayrağının təhvil verilməsi mərasimində Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev iştirak ediblər.
Qəbələ rayonunun Solquca və Oğuz rayonunun Xaçmaz kəndləri ərazisindəki kolluq sahələrdə yanğın hadisəsi baş verib.
Axar.az-ın məlumatına görə, Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğınlar söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb:
"Solquca kəndi ərazisində dəfələrlə yanğın hadisəsi təkrarlandığına görə ərazi xüsusi nəzarətə götürülüb, post quraşdırılıb, növbətçilik təşkil olunub".
Xidmət rəisi yanğın hadisələrinin baş verməməsi, meşə sahələrinin, təbiət ərazilərinin zərər görməməsi üçün vətəndaşları ehtiyatlı və diqqətli olmağa, yanğın təhlükəsizliyi qaydalarına olduqca ciddi əməl etməyə, məsuliyyəti hiss edərək yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.