İlk dəfə Bakı-Dehli marşrutu üzrə birbaşa uçuşlar başlandı

 İlk dəfə Bakı-Dehli marşrutu üzrə birbaşa uçuşlar başlandı

Hindistanın “IndiGo Airlines" şirkəti Dehli-Bakı-Dehli istiqamətində ilk dəfə avqustun 11-dən birbaşa üçüşlara başlayıb.

Asayis.Az xəbər verir ki, Hindistanlı aviadaşıyıcı Bakı ilə Dehli arasında həftənin bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri olmaqla 4 reys həyata keçirəcək.

Əks istiqamətdə uçuşlar isə bazar ertəsi, çərşənbə, cümə və bazar günləri reallaşdırılacaq. Azərbaycan paytaxtı “IndiGo” şirkətinin uçuş həyata keçirdiyi 30-cu istiqamətdir.

Bu ilin I yarısında Hindistandan Azərbaycana 47 670 nəfərdən çox şəxs səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1,7 dəfə artım deməkdir.

Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş "e-visa" sistemi tətbiq olunur. Onlar ölkəmizə inidiyənədək "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Delhi-Bakı-Delhi istiqamətində həyata keçirdiyi birbaşa uçuşlar vasitəsilə gələ bilirdilər.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq uçuşlar müvəqqəti olaraq dayandırılmışdır və ötən ilin avqust ayından Azərbaycan aviadaşıyıcısı Bakıdan Dehliyə və əks istiqamətdə uçuşları bərpa etdi. AZAL Bakıdan Dehliyə həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri olmaqla həftədə 3 reys həyata keçirir.//Report

15:09 - 13 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin