Bu haqda paylaşılan videoda şəhid ailəsinə mənsub olduğu bildirilən şəxs evinə göndərilən əti paylaşaraq "özlərini reklam edirlərsə bax göndərilən ət budur! Nə qədər qır-qırıntı var, yığıb göndəriblər. Çəkib göndərdim özlərinə, dedim gəlin aparın, mənim buna ehtiyacım yoxdur!", deyə etirazını bildirib.
Paylaşım sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hər kəs şəhidin evinə Tərtər rayon icra hakimiyyətinin başçısı adından göndərilən bu payı qınayıb.//Azerbaycanrealligi.com