Milli Qəhrəman Şükür Həmidovun atası vəfat etdi

 Milli Qəhrəman Şükür Həmidovun atası vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası vəfat edib.

Asayis.Az
 xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, Nəriman Həmidov bu gün 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, ikinci ordu korpusunun komandir müavini, polkovnik Şükür Həmidov Vətən müharibəsində şəhid olub. O, 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə də böyük şücaət göstərib. Göstərdiyi şücaətə görə ona müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. Aprel döyüşləri vaxtı göstərdiyi igidliyinə görə, o, Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

17:30 - 12 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin