Goranboyda pişiyə ev quşlarını yediyinə görə işgəncə verən şəxs müəyyən edilib.
Asayis.Az-ın məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsin rayon sakini 1990-cı il təvəllüdlü Nizami Səlimov olması müəyyən edilib. Rayon Polis şöbəsində şəxs barəsində qanunamüvafiq tədbir görülüb.
Həmin şəxs TikTokda canlı yayımda pişiyi ağacdan asmasını paylaşıb.
APA