Bakıda bina tikən sahibkar 1.5 milyon manatlıq dələduzluq etdi -

 Bakıda bina tikən sahibkar 1.5 milyon manatlıq dələduzluq etdi -

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xanlar Cəfərovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Asayis.Az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktını elan olunub.

İttihama görə, X.Cəfərov rəhbəri olduğu “Avro Qrand” şirkəti Binəqədi rayonu, Arif Məmmədov küçəsi 10 ünvanında bina inşa edib. O, nağd ödənişlə vətəndaşlara mənzillər satsa da, həmin mənzillər sahiblərinə verilməyib.

Hazırda təqsirləndirilən şəxsin zərəçəkmişlərə 1 milyon 500 min manat borcu var.

X.Cəfərov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmənin növbəti iclası avqustun 23-nə təyin edilib.

News24.az

12:39 - 11 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin