“Baboş” həbs edildi

 “Baboş” həbs edildi

“Tik Tok”da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Asayis.Az-ın xəbərinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə B.Cabbarov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

“Qafqazinfo”

15:19 - 10 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin