"Dalga Beach"in fırıldaqçılığı belə ifşa olundu - Jurnalistdən narazılıq

Naxçıvanın tanınmış jurnalistlərindən olan Sara Əzimova Mərdəkandakı "Dalga Beach"dən narazılıq edib. Asayis.Az xəbər verir ki, jurnalist adıçəkilən istirahət mərkəzində qiymətlərin həddən artıq baha, xidmətin isə çox aşağı olduğunu bildirib. O bu barədə özünün facebook hesabında "Dalga Beach"lə bağlı bunları yazıb: "Müştəri cəlb etmək üçün fırıldaqçı təkliflərə aldanıb, o qədər məsafəni qət edib Mərdəkana gedirsən, giriş 35 manat, içəri isə su, yemək aparmaq qadağandır. 0,5 litr su da 3 manat 50 qəpikdir, belə qiymətə su olar?.Pizzanın 1 dilimi 5 manat, 4 qarpız dilimi 7 manat, kabablar 28 manat, salatlar 24 manatdır. Hovuza da girəndə tərpənmək də olmur, iynə atsan yerə düşməz". Jurnalist insanların bu cür yerdən necə zövq aldıqlarını analamadığını bildirib. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

14:46 - 9 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin