Bakıda 39 yaşlı kişi kafedə dava saldı, xanım ofisiantı söydü - TƏFƏRRÜAT

 Bakıda 39 yaşlı kişi kafedə dava saldı, xanım ofisiantı söydü - TƏFƏRRÜAT

Bakının Nizami rayonunda kafedə dava olub. 

Asayis.Az-ın məlumatına görə, hadisə rayon ərazisində olan “Babək-44” adlı kafedə baş verib.
 
Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Pərviz kafedə dava salıb, orada işləyən xanım ofisiantı söyüb, təhqir edib. 

İş üzrə izahat verən Pərvizin sözlərinə görə, bu ilin avqustun 6-da, axşam saatlarında sərxoş vəziyyətdə “Babək-44” adlı kafeyə gəlib və bir bakal pivə sifariş verib: 

“Ofisiant xanım mənə pivə vermədiyi üçün aramızda mübahisə yarandı. Spirtli içkinin təsiri altında olduğum üçün ofisiant xanımla mübahisə etdim və onu təhqir etdim”.

Təqsirli bilinən şəxslərin sözlərinə görə, avqustun 7-də, saat 22.00-da yenidən sərxoş vəziyyətdə həmin kafeyə gəlib və orada səs-küy salaraq mübahisə edib. 

O, əməlindən peşman olduğunu, üzr istədiyini deyib. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən xanım ofisiant qeyd edib ki, “Babək-44” adlı kafedə ofisiant işləyir: 

“Pərviz mütəmadi olaraq kafeyə gəlib pivə sifariş verib. Pivənin içdikdən sonra pulunu ödəmədən çıxıb gedib. Avqustun 6-da, axşam saatlarında Pərviz sərxoş halda kafeyə gəldi. Yenidən pivə sifariş verən zaman ona pivə verməyəcəyimi bildirdim. 

Bundan sonra Pərviz ünvanıma küçə söyüşləri istifadə edərək, masanın üzərində olan pivə bakalını yerə vuraraq sındırdı. Orada olan müştərilər Pərvizi sakitləşdirdi, kafedən çıxartmaq istədikləri zaman əli ilə qapının şüşəsinə zərbə vuraraq şüşəni sındırdı. Bununla da özünə xəsarət yetirdi. Avqustun 7-də Pərviz yenidən sərxoş vəziyyətdə kafeyə gəldi. Orada səs-küy salaraq, məni nalayiq sözlərlə təhqir etdi”. 

Nizami rayon Məhkəməsinin qərarı ilə Pərviz 10 gün müddətinə inzibati qaydada həbs edilib. 
 

Demokrat.az

16:10 - 9 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin