Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərli ötən həftə sosial şəbəkə hesabında açdığı canlı yayımda “German Hospital”dan şikayət edib. O bildirib ki, həkim səhvi nəticəsində səhhətində ciddi problemlər yaranıb.
Asayis.Az xəbər verir ki, ifaçı vurğulayıb ki, məsələni belə qoymayacaq və münasibətləri hüquqi müstəvidə aydınlaşdıracaq.
Qeyd edək ki, bu tibb müəssisəsi PA-nın sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevə məxsusdur.
Sözügedən iddialarla bağlı İlham Əliyevin də mövqeyini öyrəndik.
Sabiq deputat Bizim.Media-ya açıqlamasında Roza Zərgərlinin iddialarını qəbul etməyib.
O, “Deyilənlərin hamısı yanlışdır. Sağ olun”- deyərək telefonun dəstəyini asıb.