Təhsil nazirliyində jurnalistdən 500 manat rüşvət tələb olunur?

 Təhsil nazirliyində jurnalistdən 500 manat rüşvət tələb olunur?

 

“Mənə deyirlər ki, həmin 500 manat "katyol"a gedir, yəni, hər kəs verməlidir. Emin Əmrullayev, hansı "katyol"?

Gecə saat 3-ə qalıb. İki gündür Təhsil Nazirliyi əsəblərimi tarıma çəkib. Bir xırda məsələni həll etmək istəmirlər. Keçən il Emin Əmrullayevin elçiləri it kimi ayağıma düşmüşdülər, nazirin adından xahiş edirdilər. 

İndi nazirlikdə söz demədiyim, təkidlə xahiş etmədiyim adam qalmayıb. Hərə bir tərəfə çəkir, qeyri-müəyyənlik yarada-yarada məni aldatmağa çalışırlar, vaxt udurlar. Bu "qambuzik"lərə yiyələrinə görə hörmət qoyurdum, artıq keçdi. Bu nə sistemdir, a kişi?! 

Halbuki, daxili şagird yerdəyişməsi etmək istəyən hər kəs məktəblərdə 500 manat rüşvət verib həmin məsələni həll edir. Mənə deyirlər ki, həmin 500 manat "katyol"a gedir, yəni, hər kəs verməlidir. Emin Əmrullayev, hansı "katyol"?

Mötəbər şəxslərin xahişlərinə görə bu FETÖ qırıntısının, Nazirlikdəki şəbəkənin  təhsil sahəsində törətdiyi cinayətləri hələki işıqlandıra bilmirdim. Bundan sonrasını gözləsin... Sabah açılsın görək...

Heç kəsi qınamıram, ölkədə bütün sahələr kimi media da çürüyüb, jurnalistlər başını girələyir, mətbuat o qədər hörmətsiz hala düşüb ki, ata-ana şotuna vəzifəyə təyin edilən fərari "şampunçik"lər jurnalistlərə etinasızlıq nümayiş etdirirlər. 

20 əvvəl bu ölkədə Emin Əmrullayev nazir ola bilərdi? Lap olsaydı da, mətbuat onu bu şəkildə rahat buraxardı?! 

Savaş istəyirsiniz? Gəlin! Savaşmasanız, adam deyilsiniz!
 



Samir Feyruzov
Araşdırmaçı jurnalist

14:18 - 9 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin