Bir neçə rayonun icra başçısı dəyişdiriləcək.
Asayis.Az-ın məlumatına görə, bu ilin sentyabrına qədər 10-a yaxın şəhər və rayonun icra başçısı vəzifəsindən azad ediləcək.
Vəzifəsini itirəcək icra başçıları arasında uzun müddət kreslodan yapışıb qalan məmurlar üstünlük təşkil edir. Məlumatlı mənbənin dediyinə görə, Qubadlı rayonunun icra başçısı Malik İsaqov, Şabranın icra başçısı Novruz Novruzov, Qaradağın başçısı Süleyman Mikayılov da bu məmurlar arasındadır.
Mənbənin məlumatına görə, vəzifədən gedəcək icra başçılarının bəziləri haqqında hüquqi müstəvidə ciddi ölçü götürüləcək. Sentyabra qədər bir neçə böyük şəhərlərin icra başçılarının da vəzifəsini itirməsi gözlənilir.
Konkret.az