Füzulidə Özbəkistanın dəstəyi ilə inşa olunan məktəbin yaxın zamanda açılacağı gözlənilir.
Asayis.Az Trend-ə istinadən bildirir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda dəyirmi masada deyib.
O, Özbəkistana ərazi bütövlüyü məsələlərində Azərbaycana göstərdiyi daimi dəstəyə görə minnətdarlığını bildirib.
"Bu gün Azərbaycan və Özbəkistan ikitərəfli əlaqələri inkişaf etdirir, eləcə də, regional təhlükəsizliyin təmin olunması üzərində çalışır və öz siyasətini hazırkı reallıqlarla əlaqədar yenidən formalaşdırır", - deyə o əlavə edib.