Xətai rayonu, Sarayevo küçəsində, yolun ortasındakı yaşıllıq zolağında kafe tikilməsi planlaşdırılıb.
Asayis.Az xəbər verir ki, bu barədə ötən gün sosial şəbəkələrdə məlumat yayılıb.
Ərazidəki vətəndaşlar bildiriblər ki, bütün yaşıllıq zolağı zəbt edilib, ağacları kəsir, diqqət çəkməmək üçün tikinti işini gecələr icra edirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin müdaxiləsi nəticəsində Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə ərazidəki qanunsuz tikili sökülüb və əvvəlki vəziyyətinə qaytarılıb.
Milli.Az