Abşeronda ata öz qızlarına qarşı əxlaqsızlıq etdi - DETALLAR

 Abşeronda ata öz qızlarına qarşı əxlaqsızlıq etdi - DETALLAR

Abşeron rayonunda iki bacıya qarşı əxlaqsız hərəkətlər edilib. 

Asayis.Az-ın məlumatına görə, onlara əxlaqsız hərəkətlər edən isə ataları olub.

Hər iki qıza əxlaqsız hərəkətlər edən A. Ş. barəsində Cinayət Məcəlləsinin 153.3-cü (on altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər, bu məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib. 

Qızlarına qarşı əxlaqsız hərəkətlər edən atanın cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 

İş araşdırılması üçün hakim Vaqif Həsənovun icraatına verilib. 

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq. 

Qeyd edək ki, qızlarına qarşı əxlaqsız hərəkətlər edən atanın əməli məhkəmə tərəfindən sübuta yetirilsə, onu üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Demokrat.az

12:09 - 8 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin