Azərbaycanlı şəhid övladları Türkiyə universitetində ödənişsiz təhsil alacaq

 Azərbaycanlı şəhid övladları Türkiyə universitetində ödənişsiz təhsil alacaq

Azərbaycana həssas münasibəti ilə seçilən Türkiyənin nüfuzlu İstanbul Aydın Universiteti(İAU) daha bir nümunəvi addım atıb. Universitetin qərarı ilə 44 günlük Vətən Müharibəsində Şəhid olmuş Mirzə Axundovun oğlu Ağasəlim Axundzadə və Vətən Müharibəsi qazisi Kamran Mustafazadə İAU-də tam təqaüdlü ödənişsiz təhsil alacaq.

Qərarla bağlı açıqlama verən İstanbul Aydın Universitetinin İdarə Heyətinin sədri Doç.Dr Mustafa Aydın deyib ki, birliyimizi, həmrəyliyimizi, qardaşlığımızı və gələcəyimizi hədəf alan düşmənlərə qarşı tərəddüd etmədən canlarından keçən şəhidlərimizin ailələri heç vaxt tək buraxıla bilməz: “Göstərdiyimiz həmrəylik və qətiyyət onlara verəcəyimiz ən mühüm cavabdır. Millət uğrunda canlarını verən Şəhidlərimizin ailələri heç zaman yalnlz qalmayacaq. Şəhid və Qazilərimizin övladları bizə əmanətdir!”. (Editor.az)



10:00 - 8 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin