Çikaqo birjasında buğdanın qiyməti 3,4% artıb.
Asayis.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bu gün səhər saatlarında olan məlumata görə, Çikaqo birjasında buğdanın sentyabr fyuçersləri 6,44 dollar/buşelə (bir buşel təxminən 27 kiloqrama bərabərdir) çatıb.
Agentlik bildirir ki, qiymət artımı Ukraynanın Qara dənizdə Rusiya gəmilərinə hücumlarından dərhal sonra başlayıb.
Qeyd edək ki, Ukrayna avqustun 4-də Novorossiyskdəki hərbi dəniz bazasına, avqustun 5-də isə Kerç boğazında tankerə hücum edib. Novorossiysk Rusiya mallarının Qara dənizdən keçən əsas ixrac marşrutudur. Rusiya taxılının böyük hissəsini dəniz yolu ilə daşıyır.