Xəbər verdiyimiz kimi, bloger Aysel Şükürova keçmiş həyat yoldaşı Elşən Əsgərlinin onu görüşə çağıraraq bıçaqlamaq istədiyini, əvəzində isə araya girən dostunu yaraladığını, polislərin yanında ölümlə hədələdiyini, övladının alimentini və məktəb pulunu ödəmədiyini iddia edib.
Asayis.Az xəbər verir ki, Pravda.az məsələni aydınlaşdırmaq üçün Elşən Əsgərli ilə əlaqə saxlayıb.
E.Əsgərli iddiaları təkzib edib:
“Mən aliment verməsəm, adıma axtarış olardı, hansısa bölmədə saxlayardılar, yaxud İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən adıma iş açılardı. Dövlətimizin qanunu var. İcra və probasiya şöbəsi var. Alimenti də, uşağın məktəbinin də pulunu ödəmişəm. Bütün bunlar absurddur, boş-boş danışırlar. Ümumiyyətlə, Aysel Şükürovanın nömrəsini bilmirəm ki, ona zəng edim. Özü gizli nömrədən zəng edib məni görüşə çağırır. Dəfələrlə təklikdə görüşə çağırıb, amma mən getmirəm. Bu dəfə uşağa görə çağırdı, məcbur qalıb getdim. Gördüm uşaq maşındadır, mən də maşınımı yanında saxladım. Dedi ki, maşına otur, söhbət edək. Sonra məni maşının içində qıcıqlandırmağa çalışdı, təhqir edib, videoya çəkdi. Guya mənə nəsə edəcək. Hamı gördü. Mən fikir vermədim. Aysel ictimai yerdə mənə söyüş söydüyünə görə qonşu qadın irad bildirdi ki, burada küçə söyüşləri ilə danışmayın. Nizami küçəsində evlərinin qarşısında Aysel və anası kameranın altında, uşağın gözü qarşısında həmin qonşu qadınla əlbəyaxa oldular, onu sillə-təpiklə döydülər. Mən də oradan uzaqlaşdım. Gedib o qadını tapacağam. Onsuz da şikayətçidir. Görüntülərin hamısını çıxartdıracağam. Mən kimisə bıçaqla yaralasaydım, hüquq-mühafizə orqanları tədbir görərdi”.