İsmayıllıda 19 yaşlı qız və oğlan itkin düşdü

 İsmayıllıda 19 yaşlı qız və oğlan itkin düşdü

İsmayıllı rayonunda 19 yaşlı qız və oğlan itkin düşüb.

Asayis.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, İsmayıllı şəhər sakini, 2004-cü il təvəllüdlü Mayılova Aytac Hikmət qızı və həmyaşıdı, rayonun Kürdmaşı kənd sakini Xəlilov Ağaverdi Tofiq oğlu iyulun 8-dən 9-na keçən gecə yaşadıqları ünvanlardan çıxıb, bir daha geri qayıtmayıblar.

Şəkillərdəki şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər, (050) 280-45-00, (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

16:40 - 5 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin