Azərbaycan neftinin qiyməti 90 dolları keçib

 Azərbaycan neftinin qiyməti 90 dolları keçib

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

Asayis.Az
 xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,21 ABŞ dolları və ya 1,4% artaraq 90,11 ABŞ dollarına yüksəlib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

11:39 - 5 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin