2023-cü ilin əvvəlindən dünyanın 25 ölkəsində kütləvi vəba epidemiyası qeydə alınıb.
Asayis.Az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.
2022-ci ildə yoluxma halları 16 ölkədə baş verib. Buna səbəb xəstəliklə mübarizə üçün peyvəndlərin və digər vasitələrin olmaması ola bilər.
Buna görə də mütəxəssislər dünyada vəba xəstəliyinin yayılma riskini çox yüksək qiymətləndirirlər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ən kəskin vəziyyət Afrikadadır.
Bu ilin əvvəlindən 14 ölkədə yoluxma halları qeydə alınıb.
Son həftələrdə Konqoda hər həftə 900-dən çox vəba hadisəsi qeydə alınıb.//APA