Prezident İlham Əliyev “İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, nisyə mal alqı-satqısı ilə məşğul olanlara qarşı yeni cərimələr tətbiq olunacaq.
Bu, vergidən yayınma və vergi ödənişlərinin vaxtında təmin edilməməsi hallarını aradan qaldıracaqmı?
Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə ölkədə kölgə iqtisadiyyatının həcminin azaldılması, o cümlədən vergidən yayınma hallarının aradan qaldırılması məqsədilə vaxtaşırı bu və ya digər qanunvericilik aktlarında əlavə və ya düzəlişlər həyata keçirilir.
“Lakin heç bir əlavə və dəyişiklik özlüyündə nə kölgə iqtisadiyyatının aradan qaldırılmasında, nə də vergidən yayınmanın qarşısının tam alınmasında ciddi rol oynayır. Təsərrüfat subyektləri bir çox üsulla vergidən yayınmağa çalışır. Buna qarşı hökumətin addım atması şərtdir. Sözügedən dəyişiklik də bu addımlardan biridir. Düşünürəm ki, bu, vergi sahəsində xoşagəlməz halların azaldılmasında rol oynayacaq. Lakin tam aradan qaldırılması üçün kifayət etmir”.
Demokrat.az