QHT cameəsində onu rəhbərlik etdiyi cəmiyyətin möhürünü cibində gəzdirib bir-birinin ardınca saxta medallar təsis edərək daim satmağa adam, idarə, müəssisə, təşkilat sorağında olduğu üçün “Medal Müşfiq” ləqəbi ilə tanıyırlar.
Son vaxtlar bu saxta medalların sırasına “Qayğıkeş” medalı da əlavə olunub. Bu medalın əvvəlkilərdən “prestij fərqi” odur ki, vəd edilir ki, onu yaxasında gəzdirənlərə gələcəkdə hər ay maaş da veriləcək, ona görə bu medalı əldə etməyə tələsmək lazımdır, sonra tapılmaya bilər.
Redaksiyamıza daxil olan məlumatlar bizi də Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev barədə internetdə bir qədər axtarış aparmağa vadar etdi.
Qarşımıza çıxan ilk xəbər Müşfiq Əliyevin jurnalistləri hədələyən açıqlamaları oldu: ““Qayğı” sədri: “Həmin şəxsi tapıb, sürüyəcəyəm”” (https://yenisabah.az/hemin-sexsi-tapib-suruyeceyem-qaygi-sedri).
Heç demə, Müşfiq Əliyevi özündən çıxaran o olub ki, payladığı vizit kartların sosial mediada gülüş obyektinə çevrilməsi barədə müxbirlərdən biri ona sual ünvanlayıb. Vizit kartlarının üstündə Müşfiq Əliyev həm öz e-mailini, həm də e-mailinin parolunu yazıbmış.
“Mən bütün Azərbaycan QHT-lərinin ilk qartalıyam” – bu da Müşfiq Əliyevin özü barəsində qənaətidir.
Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin youtube kanalına daxil oluruq. Burada gördüklərimizi isə görməyə göz lazım idi.
Minlərlə şəhid ailəsini özündə birləşdirdiyini elan edən 30 illik QHT-nin youtube kanalında ötən onilliklər ərzində cəmi 10 video yerləşdirilib, onların da az qala hamısı Müşfiq Əliyevi tərifi üzərində qurulub, videolardan biri belə də adlanır: “Müşfiq Əliyevə həsr olunan şeir”. Şeirdə ona dayanmadan təriflər yağdırılır.
Bütün şəkillərdə də “Medal Müşfiq” elə dayanır ki, medalları yaxşı görünsün. Bu da Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin facebook səhifəsi.
Əlavə şərhə ehtiyac yoxdur:
“Qayğı” cəmiyyətinin facebook səhifəsi də Müşfiq Əliyevin şərəfinə hazırlanmış musiqi klipləri ilə doludur.
Daha bu mövzuda əlavə vaxt itirmək istəmədik. Hər şey aydın oldu. Görünən dağa, nə bələdçi?!
Həqiqətənmi bu cür şəxslərin baş tacımız olan şəhidlərimizin adlarını dillərinə gətirməyə, şəhid ailələrinin yanında dayanmağa mənəvi haqqı var?
“Respublika Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti” adlanan təşkilatın sədri bu QHT-ni şəxsi biznes, şəxsi PR obyektinə çevirməyə heçmi utanmadı? Heçmi özündən minlərlə şəhid balalarımızın ruhu qarşısında xəcalət çəkmədi?