Braziliyada son bir həftədə narkotik qruplarına qarşı keçirilən əməliyyatlarda ən azı 42 nəfər həyatını itirib.
Asayis.Az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Məlumata əsasən, əməliyyatlar ölkənin Rio-de-Janeyro, Sao Paulo və Bahia əyalətlərində həyata keçirilib.
Sao Paulo əyalətində 14, Bahia əyalətində isə 19 nəfər polis basqını nəticəsində ölüb.
Polisdən verilən açıqlamada narkotik qruplaşmalarına basqınların davam edəcəyi bildirilib.