Mingəçevir şəhərində 1968-ci il təvəllüdlü Müseyib oğlu Orxana xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, Müseyib oğlu Orxanın ona içki içməsinə irad tutması ilə bağlı mübahisə edib.
Mübahisə zamanı o, yumruqla oğlunun sağ göz nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Meseyibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Müseyib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, hadisə baş verməmişdən son 1 ay ərzində bir neçə dəfə spirtli içki qəbul edərək sərxoş olduğu səbəbədən oğlu Orxanın və həyat yoldaşı Kamalənin ona irad bildirməsinə görə onlarla mübahisələr ediblər:
“Sonuncu dəfə, saat 23 radələrində sərxoş vəziyyətdə evə gəldim. Sonra isə yatmaq üçün otağıma keçdim. Lakin gün ərzində yata bilmədiyim üçün səhər saat 06.30-da yaşadığım evin həyətinə çıxaraq spirtli içki araq qəbul etdim. Bir qədər keçəndən sonra oğlum Orxanın çölə çıxaraq mənim araq içdiyimi və danışdığımı gördü. Mənə irad bildirdi, mənimlə kobud rəftar etdi. Buna görə də əsəbləşərək yumruqla bir dəfə oğlumun göz nahiyəsinə vurdum. Ona xəsarət yetirdim. Həmin vaxt arvadım bizi aralaşdırdı”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin günü saat 14 radələrində yenidən yaşadığı evin həyətində spirtli içki qəbul edəndə oğlu Orxan ona irad bildirib:
“Buna görə əsəbləşdim, onunla mübahisə etdim. Orxan Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdi. Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etdi”.
Bu cinayət işinə Mingəçevir şəhər Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişin ondan şikayətçi olmaması nəzərə alınıb.
Bu səbəbdən Müseyibin barəsində olan cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.