Lənkəranda əmioğlular arasında mülk davası - TƏFƏRRÜAT

 Lənkəranda əmioğlular arasında mülk davası - TƏFƏRRÜAT

Lənkəranda 1984-cü il təvəllüdlü Nurlan əmisi oğlu Əzizə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin aprelin 28-də Lənkəran rayonunun Veravul kəndində baş verib. 

Nurlan qonşuluqda yaşayan əmisi oğlu Əzizə başı ilə üz nahiyəsinə zərbə endirib. 

Hadisəni törədən Nurlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nurlan ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O bildirib ki, zərərçəkmiş Əziz onun əmisi oğludur, həmçinin qonşusudur, bir həyətdə yaşayırlar: 

“Mən 3-cü qrup əliləm, 2-ci Qarabağ müharibəsinin iştirakçısıyam. Fizuli və Qubadlı rayonların alınmasında, Vətən uğrunda və igidliyə görə medallarla təltif olunmuşam. Ailələrimiz arasında mütəmadi olaraq torpaq mübahisələri baş verir”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 07 radələrində evdən həyətə düşən zaman həyətdə olan əmisi Elman və oğlu Əziz ünvanına nalayiq ifadələr işlədiblər: 

“Buna görə onlara yaxmlşdım. Aramızda mübahisə düşdü. Onlar hər ikisi mənimlə dava-dalaş etdi. Həmin zaman əmim oğlu yaxamdan yapışdı. Əzizi özümdən aralamaq üçün başıç ilə üz nahiyəsinə zərbə endirdim. Səs-küyə ailə üzvlərimiz gəldi və mübahisəni dayandırdılar”.

Lənkəran rayon Məhkəməsinin hökmü ilə Elşən 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 22.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Lənkəran rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub. 

Təqsirləndirilən şəxsin təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Lənkəran rayon icra və probasiya şöbəsinə həvalə edilib.

 

15:07 - 2 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin