Bakıda kişi “Tik-Tok”dan istifadə edən arvadını döydü

 Bakıda kişi “Tik-Tok”dan istifadə edən arvadını döydü

Bakının Nizami rayonunda 1972-ci il təvəllüdlü Mübariz həyat yoldaşı Südabəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, Mübariz arvadının “Tik-Tok” sosial şəbəkəsindən istifadə etməsinə etiraz edib. 

Bu səbəbdən aralarında münaqişə baş verib. 

Bu zaman Mübariz əli və ayağı ilə bir neçə dəfə Südabənin bədəninin müxtəlif nahiyələrinə vuraraq oan xəsarətlər yetirib. 

Baş verən hadisə ilə bağlı Südabə hüquq-mühafizə orqanlarına müraciət edib. 
Mübarizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Bu işə Nizami rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş ondan şikayətçi deyil. 

Bu səbəbdən Mübarizin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 
 

Demokrat.az

14:36 - 2 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin