Gəncədə kuryoz oğurluqlar edilib... - VİDEO

 Gəncədə kuryoz oğurluqlar edilib... - VİDEO

Gəncə polisi bu il müxtəlif vaxtlarda evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Asayis.Az Xəzər TV-yə istinadən bildirir ki, həyata keçirilmiş əməliyyat nəticəsində vətəndaşlara məxsus ümumi dəyəri 30.000 manatdan çox məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.

Növbəti əməliyyat zamanı isə vətəndaşın etibarından sui-istifadə edərək onun bank kartındakı pulu ələ keçirməkdə şübhəli bilinən şəxs yaxalanıb. Araşdırmalar zamanı məlum olub ki, Kənan Vəliyev onlayn yolla vətəndaşın kartından 902 manat pulu başqa karta köçürərək mənimsəyib.

Bundan əlavə şəhər ərazisində 15-ə yaxın velosipedi oğurlamaqda şübhəli bilinən Elgün İsmayılov da saxlanıb. 

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az

 

17:22 - 1 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin